Binəqədi rayon Biləcəri bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə qəsəbə icra nümayəndəliyi ilə birgə qəsəbə ərazisindəki küçələrdə gediş-gəlişə maneə yaradan ərazilərin təmizlənməsinə başlanılıb. Bu gün belə bir addım qəsəbənin Yusif imanov küçəsində həyata keçirilib.
Prosesdə iştirak edən bələdiyyə sədri Hikmət Quliyev və Binəqədi Rih-in Biləcəri qəsəbəsi üzrə nümayəndəsi ibad ibrahimov sakinlər arasında danışıqlar apararaq bu addımın atılmasının zəruriliyi izah edilərək gələcəkdə belə addımın atılmasının qanunla ciddi ölçü götürülücəyini bildiriblər.
Gün ərzində beşdən artıq ərazi belə tor məftillərlə bərkidilmiş dirəklərdən azad edilrək küçə gediş- gəliş üçün yaralı vəziyyətə gətirilib.
Bələdiyyə sədri Hikmət Quliyevin sözlərinə görə, bu addım birinci növbədə sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Belə ki, artıq avtomobillərdə həmin ərazilərdən rahatlıqla keçə bilirlər. ikinci bir tərəfdən ərazidən təcili yardım və yanğınsöndürəın maşınların hərəkətidə rahatlıqla olacaqdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|